1 dekabr gecəsi Rusiyanın ərazisindən keçən və hələ də bəzi Avropa ölkələrinə neft nəql edən “Drujba” neft kəmərində partlayış baş verib.
Bu barədə məlumatı Ukrayna KİV yayıb.
Onların sözlərinə görə, hadisə Taqanroq - Lipetsk hissəsində, Kazinskie Vıselki yaşayış məntəqəsi yaxınlığında baş verib.
Yerli sakinlər həmin an şiddətli gurultu eşitdiklərini, göydə isə parlaq işıq saçmaları gördüklərini bildiriblər. Hadisə sosial şəbəkələrdə geniş rezonans yaradıb — istifadəçilər baş verənlə bağlı görüntülər və müşahidələr bölüşürlər.
Hadisənin səbəbi ilə bağlı Rusiya rəsmilərindən hələlik rəsmi açıqlama yoxdur.

