Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukrayna böhranı Avropaya ciddi zərər vurur.
Onun sözlərini RIA Novosti yayıb.
Fidanın sözlərinə görə, bununla belə, qısamüddətli atəşkəslər davamlı sülhə ümid yaradır.
Artıq beşinci ildir Avropanın tam mərkəzində davam edən münaqişə regiona və bütün Avropaya ciddi zərər vurur. Ukraynada qısamüddətli atəşkəslər davamlı atəşkəs üçün zəmin yaratmağın mümkün olduğunu göstərir. Türkiyə vasitəçilik səylərini davam etdirəcək,— deyə Fidan bildirib.

