Ukrayna Qərbdən fasiləsiz silah və hərbi texnika axını sayəsində ayaqda qalır.
Bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.
Onun sözlərini Britaniyanın The Guardian qəzeti yayıb.
Rutte qeyd edib ki, Ukrayna ABŞ silahlarının daimi tədarükü olmadan davam gətirə bilməz. Onun sözlərinə görə, burada söhbət ilk növbədə hava hücumundan müdafiə sistemlərindən gedir.
Bu, Ukrayna üçün son dərəcə vacib məsələdir,— deyə NATO Baş katibi vurğulayıb.

