NATO-nun Baş katibi Mark Rutte İranın Avropanın təhlükəsizliyinə təhdid yaratdığını iddia edib. Onun sözlərini Welt am Sonntag nəşri yayıb.
Rutte bildirib ki, İran Çin və Şimali Koreya ilə birlikdə guya Rusiyanın Ukraynada apardığı müharibəyə dəstəkdə “əsas rol oynayıb”.
“İran onilliklərdir ki, təkcə öz regionunda deyil, bütün dünyada xaos ixrac edir,” — deyə Rutte qeyd edib.
Bundan əvvəl CIA-nın sabiq rəhbəri Devid Petreus isə bildirib ki, Rusiya Yaxın Şərqdəki gərginlikdən ciddi fayda əldə edib. Onun sözlərinə görə, bu, enerji satışından gəlirlərin artması və Ukrayna üçün nəzərdə tutulan bəzi hava hücumundan müdafiə raketlərinin Yaxın Şərqə yönləndirilməsi ilə bağlıdır.
Petreus vurğulayıb ki, Qərb bu prosesdə “çox sayda yüksək keyfiyyətli sursat” istifadə etməli olub və nəticədə:
“Rusiya Fars körfəzində baş verən hadisələrdən əhəmiyyətli dərəcədə fayda əldə edib.”

