Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə müsəlman dünyasından “layiq olduğu dərsi” alacaq.
Ərdoğan bu fikirləri İstanbulda Qurban bayramı münasibətilə məsciddə çıxışı zamanı səsləndirib.
Türkiyə lideri qeyd edib ki, bayram Qəzzada yaşanan humanitar fəlakət fonunda keçirilir. Onun sözlərinə görə, milyonlarla müsəlman Fələstin torpaqlarında baş verənlərə görə bayramı ağrı və narahatlıq içində qarşılayır.
“Biz Fələstini, Qəzzanı yaşadıq. Fələstində, Qəzzada baş verənlər Qurban bayramında bizim üçün xüsusi bir məqamdır, müqavimətin xüsusi anıdır. İnanıram ki, bu zalım Netanyahu tezliklə bütün dünya müsəlmanlarından layiq olduğu dərsi alacaq”, — deyə Ərdoğan bildirib.

