Günəşdə partlayış aktivliyinin yaxın günlərdə daha da artacağı gözlənilir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin proqnozuna görə, yaxın bir-iki gün ərzində ən yüksək X sinfinə aid Günəş partlayışları baş verə bilər.
Mütəxəssislər hazırkı aktivliyin hələlik lokal xarakter daşıdığını bildiriblər. Bu vəziyyət Günəşin səthində 4493 nömrəli iri və təcrid olunmuş ləkələr qrupunun yaranması ilə əlaqələndirilir.

