İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 17 ildir üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa etdiyini açıqlayıb.
İmamoğlu qərarının Türkiyənin gələcəyi ilə bağlı inandığı dəyərlərdən və xalq qarşısında daşıdığı məsuliyyətdən irəli gəldiyini bildirib.
O, indiyədək birlikdə fəaliyyət göstərdiyi şəxslərə təşəkkür edərək, Türkiyənin daha güclü, demokratik və ümidli gələcəyini qurmaq üçün “yeni bir yol açdıqlarını” bəyan edib.

