ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ötən həftəsonu Moskva və Kiyevdə keçirilən danışıqlarda Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni ideyalar müzakirə olunub.
Rubio bunu Kolumbiyanın paytaxtı Boqotada jurnalistlərə açıqlamasında deyib.
Dövlət katibi görüşləri uğurlu və ya uğursuz kimi qiymətləndirmək istəmədiyini vurğulayıb.
“Mən onları yaxşı və ya pis, məhsuldar və ya qeyri-məhsuldar kimi xarakterizə etmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, görüşlər məzmunlu olub. Orada yeni ideyalar müzakirə edilib”, – Rubio bildirib.

