ABŞ İranla münaqişənin diplomatik yolla həllinə açıq qalır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərini CNN yayıb.
Rubio diplomatik səylərin uğursuz olacağı təqdirdə nə baş verəcəyi ilə bağlı suala cavab verərək bunun İran üçün yaxşı nəticələnməyəcəyini deyib.
ABŞ dövlət katibi İranı Hörmüz boğazında gəmilərə zərbələr endirməkdə də ittiham edib.
“Onlar danışmaq və danışıqlar aparmaq istədiklərinə dair siqnallar verməyə davam edirlər. Lakin biz onların sözlərinə deyil, davranışlarına reaksiya veririk. Onların davranışı isə, o cümlədən bu gecə gəmilərə raket və dronlar buraxmaqdan ibarətdir”, – Rubio bildirib.

