ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya–Ukrayna müharibəsinin başa çatması üçün intensiv şəkildə çalışdığını bildirib. O, Şimali Karolinada tərəfdarları qarşısında çıxışı zamanı münaqişənin həllinin yaxınlaşdığına inandığını deyib. Tramp son həftələrdə də Rusiya və Ukrayna arasında razılaşmaya nail olmaq üçün çalışdığını dəfələrlə bildirib.
“Biz Rusiya və Ukraynanın razılığa gəlməsi üçün çox ciddi çalışırıq. Bilirsiniz, mən səkkiz müharibəni dayandırmışam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındakı müharibədir, çünki liderlər bir-birinə nifrət edirlər”, – Tramp bildirib. Prezident daha əvvəl də Vladimir Putinlə Volodimir Zelenski arasındakı münasibətlərin razılaşmanı çətinləşdirdiyini söyləyib

