Gəncədə 23 yaşlı oğlanın boğazı kəsilib.
“Den.az” xəbər verir ki, yaralı Nəsib Rüstəmov xəstəxanaya yerləşdirilib.
N. Rüstəmov əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.