Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb.
Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı üç dəfədən çox artıb.
“Müəllimlərin əməkhaqqı ən çox müzakirə olunan məsələlərdən biridir. 2026-cı ilin sentyabrına olan məlumata əsasən, vergilər daxil olmaqla, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”, – deyə Kənan Kərimzadə qeyd edib.

