Noyabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7–12, gündüz isə 17–22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60–65 faiz olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 4–9, gündüz 17–22 dərəcə isti, dağlarda isə gecə 0–4 dərəcə şaxta, gündüz 8–13 dərəcə isti olacaq.

