Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Hadisə Böyükşor qəsəbəsində, taxta bazarının yaxınlığında baş verib.
Dava zamanı 30 yaşlı Sərvan Məsimov və həmyaşıdı Raqif Rəhimov bıçaqlanıb, 28 yaşlı Ravin Xəlilov isə döyülərək xəsarət alıb.
Yaralıların hər üçü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

