Bakıda bağ evindən 30 ədəd dekorativ bitki oğurlanıb.
Den.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evin həyətindən 5000 manat dəyərində 30 ədəd dekorativ bitki oğurlanıb.
Ev sahibi polisə məlumat verərək hadisənin 3-5 aprel tarixləri arasında mənzildə olmadığı dövrdə baş verdiyini bildirib. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar isə dekorativ bitkilərin elə həmin evdə bağban işləyən paytaxt sakini Samir Allahverdiyev tərəfindən oğurlanmasını ortaya çıxarıb.
Bağban saxlanılıb, araşdırmalar davam etdirilir.
Bağban villadan 5 minlik dekorativ bitkilər oğurladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.