26 
iyn
2023
12:00
298

Avtobusun vurduğu kişi ÖLDÜ

26 iyn, 2023
12:00
298

Avtobusun vurduğu kişi ÖLDÜ

İyunun 21-də saat 22 radələrində Babayev Rafət İmanxan oğlunun etibarnamə əsasında idarə etdiyi “Daewoo BC090” markalı avtobusla vurduğu piyada xəstəxanada ölüb.

Den.az xəbər verir ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda “Azgranata” mağazasının qarşısında qeydə alınıb.

Belə ki, sürücü yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada -1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu idarə etdiyi avtobusun sol ön hissəsi ilə vurub.

Nəticədə Sərxan Muradov aldığı xəsarətlərdən iyunun 25-də müalicə aldığı Klinin Tibbi Mərkəzdə (KTM) ölüb.//Qafqazinfo

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar