Ötən gün, saat 23:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Goranboy rayon sakini Rəşad Qurbanovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı yük avtomobili ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyindən Den.az-a verilən məlumata görə, qəza nəticəsində R.Qurbanovun sərnişini - Yevlax rayon sakini, 66 yaşlı Vahid Babayev hadisə yerində həyatını itirib.
Bu növ qəzalar üçün səciyyəvi olan əlamətlər minik avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsindən, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi əməllərin sonda bərpası mümkün olmayan itkilərə yol açdığını bir daha xatırladır və sürücüləri yaşanan acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır.
Bakı-Qazax yolunda minik avtomobili “Kamaz”la toqquşdu: ölən var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.