Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.
“Den.az” FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.
Bakıya gətirilən bahalı avtomobillər yandı - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.