Qubada intihar hadisəsi baş verib.
Den.az -ın Şimal bürosunun əldə etdiyi məlumata görə, hadisə səhər saat 7 radələrində Dağlı kəndində baş verib.
Kənd sakini 77 yaşlı Marusa Əli qızı Rəhimova yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Nüşabə Baxşiyeva
Den.az