Şabranda ağır avtomobil qəzası olub.
“Den.az " -ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "VAZ-Niva" markalı minik avtomobili və iki yük maşını toqquşub.
Qəza nəticəsində sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva