Xaçmaz rayonunun Çarxı kəndində güclü yanğın baş verib.
Bu barədə Den.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
İlkin məlumatlara görə, alov əvvəlcə kənd sakinlərinə məxsus iri ölçülü ot tayasını bürüyüb. Güclü yanğın sürətlə yayılaraq yaxınlıqdakı tövləyə keçib. Hazırda alov yaşayış evlərinə doğru hərəkət edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülüb. FHN-in Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə səfərbər edilib. Hadisə yerinin kəşfiyyatı zamanı məlu olub ki, tövlədə olan çoxlu sayda ev quşları və yeni biçilmiş taxıl məhsulu yanıb.
Hazırda yanğının tam miqyası və dəymiş ziyan müəyyənləşdirilir. Yerli sakinlər təhlükəsizlik məqsədilə ərazidən evakuasiya olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
Nüşabə Baxşıyeva