Türkiyədə hoteldə xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı yeni görüntülər ortaya çıxıb.
“Den.az” İHA-ya istinadən xəbər verir ki, yanğın baş verən gün təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən hotel müdiri ilə ailəsinin qonaqlara xəbər vermədən binanı sakitcə tərk etdikləri məlum olur.
Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş yanğında 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.