Magistral yolda ağır yol qəzası baş verib.
Belə ki, İranın Fars ostanında sərniuşin avtobusunun aşması nəticəsində 22 nəfər ölüb.
Den.az xəbər verir ki, bu barədə ostanın təcili yardım xidmətindən bildirilib.
Qəza Firuzabad və Kevar şəhərləri arasındakı yolda baş verib.
“Təəssüf ki, bu faciəli hadisə nəticəsində avtobusda olan 58 sərnişindən 22-si ölüb, 36 nəfər xəsarət alıb”, – məlumatda deyilir.
Bəzi sərnişinlərin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, ölənlərin sayının arta biləcəyi ehtimal edilir.