23 
sen
2023
13:11
237

Ərdoğana AĞIR İTKİ

23 sen, 2023
13:11
237

Ərdoğana AĞIR İTKİ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu 64 yaşında vəfat edib.
 
Keçən həftə infarkt keçirən Mutlu Marmara Universiteti Elmi-Tədqiqat Xəstəxanasında müalicə olunub. Dünən evə buraxılan Mutlu evdə yenidən infarkt keçirib. Təcili Ümraniye Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda Mutlunun dəfn mərasiminə qatılacağı gözlənilir.
 
Xatırladaq ki, Mehmet Mutlu Ənənəvi Uşaq Oyunları Federasiyasının prezidenti olub. O, türk dünyası və zəlzələ bölgəsində uşaqlar üçün həyata keçirdiyi fəaliyyətlərlə tanınırdı.
Sfera.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar