Xəbər verdiyimiz kimi, Abşeronda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Den.az-ın məlumatına görə,bədbəxt hadisə Xırdalan şəhərində inşası davam edən çoxmərtəbəli binada qeydə alınıb.
Tikintidə fəhlə kimi çalışan 48 yaşlı Vüqar Cəfərov hündürlükdən yıxılaraq ölüb. Hadisə şahidlərinin sözlərinə görə, hündürlükdən yıxılan fəhlə, həm də binada usta kimi çalışırmış. O,binanın dam örtüyünü vurarakən ehtiyatsıpzlıq edib və yerə çırpılıb.
Hadisə yerinə Aidiyyatı qurumların əməkdaşları eləcədə, Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Lakin fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit müvafiq ekspertiza üçün təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.