Zavodun istehsal hissəsində başlayan yanğın, havanın küləki olması səbəbindən qısa zaman ərzində genişlənərək ,müəssisədəki digər tikililərə keçdi. Baş verə biləcək təhlükə səbəbindən əraziyə giriş çıxış müvəqqəti məhdudlaşdırıldı.
Denmedia.az Abşeron Rayonun Aşağı Güzdək qəsəbəsində zavodda baş verən dəhşətli yanğınla bağlı geniş reportajı təqdim edir.
Qeyd edək ki, yanğın baş verən ünvana Abşeron rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların əməkdaşları baş çəkib. Hadisə şahirdlərinin verdiyi məlumata görə, yanğın bir qığılcımla başlayıb və qısa vaxt ərzində ətrafa yayılıb.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib. Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.
Hazırda hüquq mühafizə orqanları və FHN tərəfindən yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.