13 
avq
2023
17:00
235

Sumqayıtda evdə YANĞIN

13 avq, 2023
17:00
235

Sumqayıtda evdə YANĞIN

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin zirzəmisində 50 m² sahədə əşyalar, 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları, digər otaqda 1 ədəd mebel dəsti, 1 ədəd pəncərə çərçivəsi yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən "Den.az"a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin zirzəmisindən həcmi 30 və 50 litr olan 2 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar