Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Denmedia.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1958-ci il təvəllüdlü Tamella Malik qızı Nəciyeva ehtiyatsızlıqdan sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilən T.Nəciyeva orada ölüb.
Faktla bağlı araşdırma aparılır.Lent.az