Azərbaycan mədəniyyət camiəsini kədərləndirən xəbər yayılıb.
DenMedia.az xəbər verir ki, tanınmış aktyor, Əməkdar artist Cabir İmanovun ölüm anını əks etdirən video sosial şəbəkələrdə sürətlə yayılıb.
Cabir İmanovun qəfil vəfatı artıq özü-özlüyündə ictimaiyyət üçün ağır itki sayılırdı. O, Azərbaycan teatr və kino sənətində parlaq rolları ilə tanınır, peşəkar səhnə fəaliyyətinə görə “Əməkdar artist” fəxri adına layiq görülmüşdü. İmanov uzun illər müxtəlif tamaşalarda, televiziya layihələrində və filmlərdə çıxış edərək tamaşaçıların böyük sevgisini qazanmışdı.
Mədəniyyət xadimləri və həmkarları sosial şəbəkələrdə Cabir İmanovun xatirəsini ehtiramla yad edir, ailəsinə başsağlığı mesajları ünvanlayırlar...