Türkiyənin TRT (Türkiyə Radio və Televiziya Qurumu) telekanalının jurnalisti Yəhya Barzak Qəzza zolağında həyatını itirib.
Denmedia.az xəbər verir ki, o, anklavın mərkəzi hissəsində, "təhlükəsiz zona" hesab edilən ərazidə olarkən İsrail ordusunun hava zərbəsinə məruz qalıb.
Barzak TRT ilə frilanser (müstəqil) müxbir kimi əməkdaşlıq edir, həmçinin Qəzzanın mühasirə şəraitində fotomüxbir kimi çalışırdı.