Ağdaşda 2 gün öncə baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü xəstəxanada ölüb.
Denmedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 12-də Ağdaş rayonunun Yenikənd kəndi ərazisində baş verib.
"Mercedes" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan "VAZ-2107"-nin sürücüsü, 23 yaşlı Sərvan Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.