Denmedia.az xəbər verir ki, telegram kanalı “Mash na Moyke” yazır ki, Rusiyanın Gatçina şəhəri yaxınlığında yerləşən bir anqarda güclü yanğın baş verib. Nəticədə doqquz kater və bir Toyota avtomobili tamamilə yanaraq məhv olub.
Məlumata görə, 45 yaşlı kişi katerlərin yanacaq sistemini təmir edərkən alov qəfil yayılıb. O, yanğını söndürməyə çalışsa da, buna nail olmayıb. Nəticədə üz, əllər, bədən və tənəffüs yollarından ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Yanğının vurduğu maddi zərərin 7 milyon rubl olduğu qeyd olunur.