Ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında yolu keçərkən “Hyundai Elantra”nın vurduğu qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib.
Denmedia.az Qafqazinfo.az-a istinadən məlumat verir ki, faciəvi şəkildə ölən 37 yaşlı Vlada bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.
Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.





 
        
         
                     
                     
                 
                 
                 
                 
                