Texas ştatının iki sakini Karib adasına hücum edib orada öz rejimlərini qurmaq üçün plan hazırlayıblar. Bu barədə CBS News məlumat verir.
Qevin Vaysenburq və Tanner Tomas Haiti Respublikasında yerləşən Gonav adasını evsizlərdən ibarət qeyri-qanuni silahlı dəstə vasitəsilə ələ keçirməyə qərar veriblər. Onlar bütün yerli kişiləri məhv etməyi, daha sonra isə qadınları və uşaqları öz seksual fantaziyalarını reallaşdırmaq üçün köləliyə salmağı planlaşdırıblar.
Plana əsasən, amerikalılar yerli əhali ilə ünsiyyət qurmaq üçün kreol dilini öyrənməli, silah və sursat almalı, həmçinin hərbi hazırlıq keçməli idilər. Tomas hətta ələ keçirmə əməliyyatına hazırlaşmaq üçün ABŞ Hərbi Hava Qüvvələrinə qoşulub. Hüquq-mühafizə orqanları cinayətkar qrupun fəaliyyətini fəal hazırlıq mərhələsində — təqsirləndirilən şəxslər tərəfdar verbovkası etməyə və əməliyyat planları hazırlamağa başladığı anda — dayandırıblar.
Prokurorluq texaslılara qətl məqsədilə sui-qəsd və onların elektron qurğularında aşkar edilmiş uşaq pornosunun hazırlanması maddələri üzrə ittiham irəli sürüb. İndi cinayətkarlara ömürlük həbs cəzası hədəsi var.

