Hindistanda toy zamanı baş verən silahlı insident gənc bir qadının ölümünə, bəyin isə mərasimi yarımçıq qoyub qaçmasına səbəb olub.
Bhaskar English yazır ki, bəy panikaya düşərək həm gəlini, həm də onu aparan atı küçənin ortasında tərk edib. Gəlin xəsarət almayıb.
Hadisə, toy karvanındakı qonaqların havaya atəş açması ilə baş verib. Atılan güllələrdən biri təsadüfən yaxınlıqdakı evin damından şənliyi izləyən 20 yaşlı Afşana dəyib. Güllə onun qarın nahiyəsini yaralayıb. Qardaşı onu motosikletlə xəstəxanaya çatdırsa da, həkimlər Afşananın öldüyünü bildiriblər.
Güllədən sonra toyda xaos yaşanıb, qonaqlar qaçışmağa başlayıb. Bəy isə qorxudan atdan düşüb qaçaraq hadisə yerindən gizlənib. Polis onu yerindəcə yaxalaya bilməyib.
Hazırda hüquq-mühafizə orqanları olayı araşdırır. Bəy və iki qonaq barəsində axtarış elan olunub. Ümumilikdə toy yürüşündə iştirak etmiş təxminən 20 nəfər də polis tərəfindən axtarılır. Növbəti gün şübhəlilərdən biri saxlanılıb.

