Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DenMedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki Azərişıq səhmdar cəmiyyətinə məxsus avtomobil onun qarşısında dönmə əməliyyatını edən VAZ 2107 markalı avtomobilə çırpılıb.
Nəticədə VAZ-da iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Hazırda faktla bağlı araşdırma aparılır.










Aqil Əsədov
Denmedia.az

