ABŞ-ın Miçiqan ştatından olan həkim qadınları gizli şəkildə çılpaq halda çəkdiyinə görə həbs cəzasına məhkum edilib. Bu barədə CBS News məlumat yayıb.
42 yaşlı Umayr Edjaz həyat yoldaşı sayəsində ifşa olunub. Qadın polis əməkdaşlarına bildirib ki, Edjaz evdə gizli kameralar quraşdıraraq ondan, qızlarından və digər qohum qadınlardan ibarət ailə üzvlərini videoya çəkirmiş.
Axtarış zamanı Edjazın evindən altı kompüter, dörd mobil telefon və 15 xarici yaddaş daşıyıcısı tapılıb. Bu cihazların hamısında yalnız ailə üzvlərinin deyil, həm də tanımadığı qızların və qadınların görüntüləri aşkarlanıb. O, həmin qadınları hovuza getdikləri zaman çəkib, həmçinin işlədiyi xəstəxanalarda palatalara gizli kameralar yerləşdirib.
Edjazın üç qadın pasiyenti ona qarşı məhkəməyə müraciət edib. Onlar bildirib ki, həkim onlara qarşı cinsi xarakterli hərəkətlər edib və bunları videoya qeyd edib. Qeyd olunur ki, Edjaz haqqında xəstəxana rəhbərliyinə əvvəllər də şikayətlər daxil olub, lakin heç bir tədbir görülməyib.
Mühkəmə zamanı Edjaz özünü təqsirkar hesab etməyib. Buna baxmayaraq, o, ən azı 35 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

