İsrail hakimiyyəti terrorçuların onları azad etməsinin qarşısını almaq üçün yüzlərlə timsahı məhv edib.
DenMedia.az xəbər verir ki, bu barədə Ynet Global qəzeti məlumat yayıb. Hadisə İordan çayının Qərb sahilində yerləşən Pcael yaşayış məntəqəsində baş verib.
Heyvan hüquqları fəalları bu qərara kəskin etiraz bildiriblər. İsrailin Mülki Administrasiyası və ətraf mühitin mühafizəsi xidməti isə bəyan edib ki, timsahların məhv edilməsi ilə bağlı araşdırma aparılmayacaq.
Rəsmi açıqlamada deyilir:
“Qərar timsahların zəif infrastruktur və ağır şəraitdə daha çox əziyyət çəkməsinin qarşısını almaq, həmçinin əhalini bilavasitə risklərdən qorumaq məqsədilə qəbul edilib.”

