Sərhəd bölgəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında yeraltı tunellərdən çıxan silahlılarla döyüşə girib.
Den.az xəbər verir ki, bu barədə idarənin "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, İsrail hərbçiləri bir neçə terrorçunu məhv edib və İsraillə Qəzza zolağının sərhədində yerləşən Erez keçid məntəqəsi ərazisinə sızmanın qarşısını alıblar.
"Son saatlarda İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuları məhv etməyə davam edib. Erez sərhəd-keçid məntəqəsi yaxınlığında fəaliyyət göstərən İDF əsgərləri Qəzza zolağında tunel şaxtasından çıxan bir neçə terrorçunu müəyyən ediblər. Eyni zamanda, terrorçuların məhv edildiyi daha bir neçə döyüş baş verib", - məlumatda deyilir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın iki binasına hücum edib .
Oktyabrın 29-da İDF Livandan İsrailə raket atanlara qarşı zərbə endirdiyini bildirib. Həmin gün Fələstin İsrail ordusunun Qəzzada "Əl-Qüds" xəstəxanasının kənarına zərbə endirdiyini elan edib.
SON DƏQİQƏ: Erez keçid məntəqəsinda QIZĞIN DÖYÜŞ BAŞLADI - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.