Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“DenMedia.az” xəbər verir ki, hadisə rayonun Qırıqlı kəndi ərazisində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Ramal Zeynalovun idarə etdiyi “Hundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü Firuz Quluzadəni vurub və daha sonra divara çırpılıb.
Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

