Polşada Ermitajın nümayəndəsi olan rusiyalı alim Aleksandr B. saxlanılıb. Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Məlumata görə, tanınmış rusiyalı alim və Ermitajın yüksəkvəzifəli nümayəndəsi Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Radiostansiyanın bildirdiyinə görə, ukraynalı tərəf alimə Krımda “qanunsuz arxeoloji qazıntılar aparmaq” ittihamı irəli sürüb.
Kiyev hakimiyyəti Aleksandr B.-ni təxminən 200 milyon qrivna (təxminən 4,7 milyon dollar) məbləğində ziyana səbəb olmaqda ittiham edir.
Saxlanıldıqdan sonra alim Varşava Dairə Prokurorluğunda dindirilib, lakin ifadə verməkdən imtina edib. Məlumata əsasən, Aleksandr B. barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib.

