Türkiyədə qəzaya uğrayan, göyərtəsində Qərbi Liviyanın Silahlı Qüvvələrinin qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu Falcon 50 təyyarəsinin elektrik təchizatı sistemindəki nasazlıq səbəbindən düşə biləcəyi ehtimal olunur.
Bu iddia ilə “Al Hadath” telekanalı çıxış edib. Mənbələrin bildirdiyinə əsasən, elektrik sistemində yaranan fasilələr ekipajı havaya qalxdıqdan qısa müddət sonra təcili eniş üçün müraciət etməyə məcbur edib. Hadisənin digər detalları hələlik açıqlanmır.

