Xırdalanda mənzildən meyit tapılıb.
“Denmedia.az” xəbər verir ki, şəhərin Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz evdən 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlillinin meyiti tapılıb.
Belə ki, ondan xəbər ala bilməyən yaxınları evə gəliblər və dünən saat 21 radələrində yaşadığı evin yataq otağında Turanı ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

