ABŞ-da yaşayan yeniyetmə Nikita Kasap valideynlərini öldürməkdə təqsirini etiraf edib. İstintaqın məlumatına görə, o, bu cinayəti ABŞ prezidenti Donald Trumpa qarşı sui-qəsd planını maliyyələşdirmək üçün pul oğurlamaq məqsədilə törədib.
“Yeniyetmə valideynlərini öldürməkdə və Prezident Trampa qarşı sui-qəsd planını maliyyələşdirmək üçün onların pullarını oğurlamaqda günahını etiraf edib”, — CBS bildirir.
İstintaq müəyyən edib ki, Kasap 2025-ci ilin fevralında anasını və ögey atasını öldürüb, bundan sonra bir neçə həftə cəsədlərlə eyni evdə yaşayıb. Daha sonra o, 14 min dollar götürərək qaçıb. Telefonunda nasist materialları, Trampın öldürülməsi planı, eləcə də dron və partlayıcı maddələrin alınması ilə bağlı məlumatlar aşkar edilib.
Kasapı ömürlük həbs cəzası gözləyir, lakin məhkəmə 20 ildən sonra şərti azadlığa buraxılma imkanını nəzərdən keçirə bilər. Yekun hökm 5 mart tarixində elan olunacaq.

