Bakıda iki bacı dəm qazından zəhərlənmə nəticəsində həyatını itirib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, faciə gecə saatlarında Qaradağ rayonu ərazisində baş verib.
Məlumata görə, Bakı şəhərinin Ələt qəsəbəsində yaşayan 1951-ci il təvəllüdlü Minaxanım Qazanfar qızı Məmmədova və onun 1955-ci il təvəllüdlü bacısı Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.

