Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətinin Rubayya bölgəsində yerləşən koltan mədənində baş verən uçqun nəticəsində 200-dən çox insan həlak olub. Bu barədə Reuters üsyançılar tərəfindən təyin edilmiş Şimali Kivu qubernatorunun mətbuat katibi Lubumba Kamber Muisaya istinadən məlumat yayıb.
Bildirilir ki, uçqun çərşənbə günü baş verib.
“Rubayya bölgəsində koltan mədəninin uçması nəticəsində 200-dən çox insan həyatını itirib”, — məlumatda deyilir.
Muisa əlavə edib ki, bəzi şaxtaçılar xilas edilib, lakin onların ağır xəsarətlər aldığı bildirilir.

