İsveçrənin Kran-Montana xizək kurortunda baş verən faciənin səbəbinin pirotexniki vasitələrdən ehtiyatsız istifadə ola biləcəyi bildirilir. Bu barədə Rhône FM radiosu bir neçə mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, barda baş verən insident nəticəsində təxminən 40 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Mənbələrdən biri bildirib ki, ölənlərin sayı çox yüksəkdir və bəzi qiymətləndirmələrə görə bir neçə onlarla, təxminən 40 nəfər həyatını itirib. Qeyd olunur ki, həlak olanların ailələri üçün qaynar xətt yaradılıb.

