Myanmanın şimalında fəaliyyət göstərən fırıldaqçılıqla məşğul olan (skam) mərkəzlərin 11 təşkilatçısı Çində edam olunub.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, Myanmada fəaliyyət göstərən bu mafiyalaşmış fırıldaqçılıq mərkəzlərinə Min ailəsinə məxsus cinayətkar qruplaşma rəhbərlik edib. İnsanlar müxtəlif vədlərlə bu düşərgələrə cəlb olunub, daha sonra zorla saxlanılaraq onlayn fırıldaqçılıq və veb-kamera fəaliyyətinə məcbur ediliblər. Düşərgələrdən qaçmaq demək olar ki, mümkün olmayıb.
Qeyd olunur ki, sözügedən mərkəz yaxın vaxtlarda Tailand ordusu və Myanma hərbçilərinin birgə əməliyyatı nəticəsində məhv edilib. Cinayətkarlar saxlanılıb və müxtəlif maddələrlə ittiham olunublar. Fırıldaqçılıq nəticəsində vurulan ümumi maddi zərərin 10 milyard yuan (təxminən 160 milyon dollar) olduğu bildirilir.
Hazırda düşərgələrin rəhbərliyində təmsil olunan daha 12 nəfərin axtarışı davam edir.

