Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.
DenMedia.az-ın məlumatına görə, hadisə Balakən rayonu Xalatala kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə baş verib.
Yanğın nəticəsində 35 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb, 100 ev quşu tələf olub. Yanğın zamanı ətraf ərazilər mühafizə edilib.

