Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən tikilidə baş verən yanğınla bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olub.
DenMedia.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, çağırış əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri dərhal hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində taxta konstruksiyalı tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb, alovun yaxınlıqda yerləşən fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində sahəsi 10 kvadratmetr olan besedka tamamilə yanıb, həmçinin fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 10 kvadratmetr sahədə zədələnib.
Fərdi yaşayış evi yanğından mühafizə olunub.

